İki Tatyana - Lev Tolstoyun qızı və nəvəsi haqqında kitab

İki Tatyana - Lev Tolstoyun qızı və nəvəsi haqqında kitab
calendar 10 iyul 2024
clock 11:15

Tolstoy adına Dövlət Muzeyində Tolstoyun nəticəsi Marta Albertininin "İki Tatyana. Lev Tolstoyun qızı və nəvəsi" adlı kitabın təqdimatı keçirilib.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kitabda Tolstoy ailəsinin XX əsrin əvvəllərindəki taleyindən bəhs edilir.

Marta Albertini təqdimat zamanı nənəsi - Tolstoyun böyük qızı Tatyana və anası Tatyana Suxotina-Albertini haqqında xatirələrini bölüşüb. Üç il ərzində hazırladığı kitab, əsasən, anasının və nənəsinin məktublarından ibarətdir.

Qeyd edək ki, Marta Albertini Romada doğulub, hazırda İsveçrədə yaşayır.

view 732 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news