İlon Mask məşhur serialı tənqid etdi

İlon Mask məşhur serialı tənqid etdi
calendar 6 sentyabr 2022
clock 15:40

İlon Mask “Amazon Prime”da yayımlanan “Üzüklərin hökmdarı” serialının davamı olaraq çəkilmiş “Güc üzükləri” haqqında fikirlərini paylaşıb.

Kulis.az xəbər verir ki, məşhur iş adamı öz “Twitter” hesabında serial haqqında bunları yazıb:

“Tolkien məzarında tərs çevrildi. İndiyə qədər serialdakı kişi personajlar ya qorxaqdır, ya əclafdır, ya da elə hər ikisindən. Yalnız Galadriel cəsur, ağıllı və xeyirxahdır”.

Qeyd edək ki, “Güc üzükləri” serialın 3-cü bölümü sentyabrın 9-da yayımlanacaq.

view 1255 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news