“Inside Out 2” animasiyası rekord qırdı

“Inside Out 2” animasiyası rekord qırdı
calendar 26 iyul 2024
clock 09:48

“Pixar”ın “Inside Out 2” filmi indiyə qədər çəkilmiş ən çox gəlir gətirən cizgi filmi olub.

Kulis.az xəbər verir ki, premyerasından keçən 46 gün ərzində dünya prokatında 1,46 milyard dollar toplanıb və bununla da “Inside Out 2” cizgi filmi “Frozen 2” (“Soyuq ürək 2”) filminin birinciliyini əlindən alıb.

“Inside Out 2” filminin dünya premyerası iyunun 10-da ABŞ-da olub.

Film 2015-ci ildə çəkilmiş “Inside Out” filminin davamıdır.

view 1578 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news