İntiqam Yaşar "Xəzər şeir axşamları"nda iştirak edəcək

İntiqam Yaşar "Xəzər şeir axşamları"nda iştirak edəcək
calendar 2 oktyabr 2023
clock 13:20

Gənc şair İntiqam Yaşar Türkiyədə keçiriləcək beynəlxalq "Xəzər şeir axşamları" tədbirində iştirak edəcək.

Kulis.az xəbər verir ki, Türkiyənin məşhur ədəbiyyat tədbirlərindən hesab olunan "Xəzər şeir axşamları" bu il 26-cı dəfə Elazığ şəhərində təşkil olunacaq.

Tədbir 6-7-8 oktyabr tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Baş Nazirlik Tanıtma Fondunun, Türk İş Birliyinin, Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin, Elazığ Valiliyinin və s. qurumların birgə təşkilatçılığı ilə keçiriləcək.

Müxtəlif ölkələrdən ədəbiyyat nümayəndələrinin qatılacağı tədbir böyük şair Sezai Karakoçun xatirəsinə həsr olunacaq.

view 990 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news