Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı çap olunub.
Kulis.az xəbər verir ki, kitabda yer alan poeziya nümunələri müəllifin son illərdə yazdığı fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edib.
“Adını çəkirəm” adlı kitabın Azərbaycan və Türkiyədə imza günlərinin təşkil olunması nəzərdə tutulub.
- Azərbaycanlı şair dünyasını dəyişdi
- 45 il sonra son mahnıları çıxdı
- Nazir: "Qarabağa kitab mədəniyyətinin qaytarılmasında vətəndaşların dəstəyinə ehtiyac var"
Qeyd edək ki, əvvəlki illərdə şairin “İlk görüş”, “...və susarsan”, “Evdə yoxam” və “Bütün xatirələr sənə qalacaq” kitabları işıq üzü görüb.