İqlim fəalları Endi Uorholun dizaynına 8 kilo un tökdülər

İqlim fəalları Endi Uorholun dizaynına 8 kilo un tökdülər
calendar 19 noyabr 2022
clock 15:40

İqlim fəalları İtaliyanın Milan şəhərində sərgilənən ABŞ rəssamı Endi Uorholun diyan etdiyi avtomobilin üzərinə un atıblar.

Kulis.az xəbər verir ki, aktivistlər Uorholun “Fabbrica del Vapore” mədəniyyət mərkəzində nümayiş etdirilən rəngli 1979-cu il BMW M1 avtomobilinin üzərinə 8 kilo un töküblər.

Qrupun bu barədə verdiyi bəyanatda deyilir: "Cəmiyyətimizin dəyərlərinin ikiüzlülüyünü vurğulamaq üçün incəsənəti hədəfə alırıq. Təbiət əsərlərinin, ekosistemlərin və öz həyatımızın faktiki məhvinə biganə qalan adamların sənət əsərlərinin zədələnməsindən narahat olması bizi daha da qəzəbləndirir".

view 1104 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news