İranda hicabını çıxaran aktrisalar həbs edildi

İranda hicabını çıxaran aktrisalar həbs edildi
calendar 21 noyabr 2022
clock 11:40

İranda etiraz aksiyalarına qoşulan və hicabını çıxaran iki tanınmış aktrisa həbs edilib.

Kulis.az xəbər verir ki, İRNA xəbər agentliyi aktrisa Hengame Ghaziani və Katayoun Riahi-nin sosial şəbəkələrdəki "təxribatçı" paylaşımlarını araşdırmaq üçün prokurorluğa çağırıldıqdan sonra saxlanıldığını bildirib.

Ghaziani instaqramda hicabını çıxardığı videonu paylaşıb. O, "Bəlkə bu mənim son paylaşımım olacaq. Bundan sonra başıma nə gəlirsə olsun, bilin ki, həmişə olduğu kimi, son nəfəsimə qədər İran xalqının yanındayam” deyə paylaşımda qeyd edib.

Qeyd edək ki, aktrisa ötən həftə yazdığı yazıda İran hökumətini 50-dən çox uşağı “öldürməkdə” ittiham etmişdi.

view 1277 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news