İrandakı məhbus qadınların məktubları dərc edildi

İrandakı məhbus qadınların məktubları dərc edildi
calendar 9 sentyabr 2023
clock 15:50

Fransanın “Le Monde” qəzeti İranın Evin zindanında həbs olunan qadınların məktublarını dərc edib.

Kulis.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayaıb.

Nərgiz Məhəmmədi, Sepide Qelian, Nilufər Bəyani və Gülrux İraninin adları məktubların müəllifləri kimi qeyd olunub.

Hər dörd məktubda İran xalqının mübarizələri və siyasi məhbusların iztirablarından bəhs olunub, repressiya və qorxu rejiminin dağılacağı vurğulanıb.

“Yaşamaq istəyəndə günahkar hesab edilirik”, - deyə iranlı qadınların həbsxanadan yazdıqları məktublarda bildirilib.

Tehranın şimalında yerləşən həmin həbsxanada 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicaba görə “əxlaq polisi” tərəfindən öldürülməsindən sonra baş verən etirazlarda həbs olunan məhbuslar var.

view 935 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news