İranlı aktrisa həbs edildi

İranlı aktrisa həbs edildi
calendar 28 iyul 2023
clock 16:31

Məşhur iranlı aktrisa Şöhrə Qəmər son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etmək ittihamı ilə saxlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumatda deyilir:

“Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb”.

Qeyd edək ki, aktrisa sosial media hesabından insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti tənqid edən paylaşımlar edib.

view 1113 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news