İranlı müğənni Şervin Hacıpur 3 il müddətinə azadlıqdan məhrum edilib.
Kulis.az xəbər verir ki, o, "ölkənin qadınlar üçün sərt geyim qaydalarını pozması" və “rejim əleyhinə təbliğat" iddiaları ilə həbs olunub.
Müğənni bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
- Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
- #bumənimhekayəm-ə hekayə qəbulu başa çatdı
- Disneyin işçilərinə 150 milyon dollar borcu var
Bir ay əvvəl ABŞ-ın birinci xanımı Cil Bayden Hacıpuru "Qremmi" mükafatı ilə təltif edib və "Baraye" mahnısını “azadlığa və qadın hüquqlarına güclü və poetik çağırış” adlandırıb.
Qeyd edək ki, 26 yaşlı Hacıpur Məhsa Əmininin öldürülməsi ilə bağlı yazdığı "Baraye" marşı ilə məşhurlaşıb.