“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin nəticələri ilə bağlı ekspert komissiyasının iclası keçirildi

“İrsimizi tanıyaq, tanıdaq”  müsabiqəsinin nəticələri ilə bağlı ekspert komissiyasının iclası keçirildi
calendar 17 yanvar 2024
clock 11:30

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi üçün ekspert komissiyasının iclası olub.

Kulis.az xəbər verir ki, iclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.

Müsabiqə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunub.

view 605 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news