İsa Muğannanın kitabı Gürcüstanda nəşr olundu

İsa Muğannanın kitabı Gürcüstanda nəşr olundu
calendar 17 aprel 2023
clock 16:00

Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın iri həcmli “Ömür karvanı” adlı kitabı Gürcüstanda işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin “Merani” nəşriyyatında nəşr edilib.

Qeyd edək ki, bu kitaba yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilib.

Kitabın gürcü dilinə tərcümə müəllifi tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət Mükafatı laureatı İmir Məmmədli və redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşviliyə aiddir.

view 1016 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news