İtkin düşən aktyorun axtarıldığı ərazidə cəsəd tapıldı

İtkin düşən aktyorun axtarıldığı ərazidə cəsəd tapıldı
calendar 25 iyun 2023
clock 14:10

Turistlər aktyor Culian Sandsın itdiyi ərazidə cəsəd tapıblar.

Kulis.az "Deadline"a istinadən xəbər verir ki, cəsədin şəxsiyyətini müəyyən etmək üçün ekspertiza aparılır və proses gələn həftə tamamlanacaq.

Cəsəd Sandsın yaxınlarının aktyorun axtarışı ilə bağlı ilk açıqlama verməsindən bir gün sonra tapılıb.

Qeyd edək ki, “A Room with a View” və “Warlock” filmlərindəki rolları ilə tanınan 65 yaşlı Sands yanvarın 13-də Baldi bölgəsində itkin düşüb. Dərhal axtarışlara başlanılıb, lakin növbəti axşam uçqun təhlükəsi səbəbindən ekipajlar dağdan çıxarılıb.

view 852 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news