"Jacks" ulduzu ruhi xəstəxanaya yerləşdirildi

"Jacks" ulduzu ruhi xəstəxanaya yerləşdirildi
calendar 6 iyun 2023
clock 15:50

Polis teleaparıcının özü və başqaları üçün təhlükə olduğunu düşünərək MTV-də yayımlanan "Jacks" şousunun ulduzunu Bam Margeranı psixiatriya klinikasına yerləşdirib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Los-Anceles polisi Margeranın harada olduğunu telefonla izləyib, onu şəhərdəki restoranlardan birində tapıb. Teleaparıcının çıxışı, eləcə də davranışı polisə yaxşı görünmədiyi üçün onu psixiatrik müayinəyə aparıblar. Margera klinikada 72 saata qədər saxlanıla bilər.

Qeyd edək ki, bundan öncə teleaparıcı arvadı Nikki və oğlunun iştirakı ilə restoranda sərxoş halda qalmaq yaratdığına görə həbs olunmuşdu.

view 856 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news