Əjdər Ol saxlanılıb

Əjdər Ol saxlanılıb
calendar 8 fevral 2021
clock 17:49

Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.

Bu barədə Kulis.az-a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.

O, bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol da Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.

view 3972 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news