Məşhur aktyor təcavüzlə ittiham olunub.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 72 yaşlı fransalı aktyor Jerar Depardyenin 25 yaşlı kanadalı aktrisa Şarlotta Arnolda təcavüz etdiyi bildirilib.
Bu barədə zərərçəkənin özü tviter hesabında paylaşım edib. O, qeyd edib ki, Jerarı məhkəməyə verib, lakin heç bir nətiscəsi olmayıb: Ş.Arnoldun dediyinə görə, o, 2018-ci ildə aktyor tərəfindən iki dəfə zorakılığa uğrayıb:
- Nazim Hikmət yoxluğunun 51 ili
- Azərbaycanın cəsur qızları FOTOLENT
- "Game of Thrones"un aktyoru həbs edildi
"Mən Jerar Depardyenin qurbanıyam. Daha buna səssiz qala bilmirəm. Artıq bir ildir ki, ona qarşı ittiham irəli sürmüşəm. Lakin o, hələ də işləyir. Həyat məndən üç il alıb. Səssiz yaşamaq özünü diri-diri basdırmaq kimidir".
Xatırladaq ki, Jerar Depardye ittihamları rədd edib.