Kadir İnanır evə buraxıldı – Narazılıq yaşandı

Kadir İnanır, türk aktyoru

Kadir İnanır, türk aktyoru

calendar 13 dekabr 2021
clock 11:15

Xəbər verdiyimiz kimi, keçirdiyi beyin qanamasından sonra xəstəxanaya yerləşdirilən və orda əməliyyat olunan aktyor Kadir İnanır evə buraxılıb.

Kulis.azın türk mediasına istinadən verdiyi xəbərə görə, məşhur aktyor 22 gündən sonra xəstəxanadan çıxarılıb. Xəstəxana çıxışında

K. İnanırın pərəstişkarları saatlarla xəstəxana önündə aktyoru görmək üçün dayanıblar. Aktyorun maşından düşməməsi və sevənləri ilə görüşməməsi tənqid hədəfinə tuş gəlib.

Kadir İnanır "Küçə dar olduğu üçün belə bir hal yaşandı. Çox təşəkkür edirəm. Xəstəxanadakılar sağalmağım üçün əlindən gələni etdi" sözlərini söyləyərək üzrxahlıq edib.

view 2364 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news