“Kəlağayı festivalı” keçiriləcək

“Kəlağayı festivalı” keçiriləcək
calendar 2 dekabr 2022
clock 18:20

Dekabrın 3-də Bakıda “Kəlağayı festivalı” təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Nigar Rəfibəyli 12/14 ünvanında keçiriləcək festival Azərbaycan Sənətkarları Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

Festival çərçivəsində Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgi açılacaq.

Həmçinin böyüklər və uşaqlar üçün “Dulusçuluq”, “Ebru” (su üzərində rəsm), “İpək üzərində naxış basma” və “Florarium”ə həsr edilmiş ustad dərsləri keçiriləcək.

Festivala ölkəmizin fərqli guşələrindən 200-dək sənətkar qatılacaq. Onlar burada əl işlərini sərgiləyəcəklər.

İki gün davam edəcək festivala hər kəsin qatılmaq imkanı var.

view 2006 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news