Tanınmış yazıçı Kəramət Böyükçölün "Səs" adlı yeni romanı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, roman müəllifin 2020-ci ildə Milli Məclis seçkilərində namizəd olan vaxt başına gələn tragikomik hadisələrdən bəhs edir.
Yazar bir çox məqamlarda həyat gerçəklərinə tam sadiqdir. Hətta bir çox əsas obrazların adını belə dəyişməyib. Eyni zamanda o, roman boyu mətbuatın müzakirəsinə səbəb olan ailə qalmaqallarından, atası, anası, övladları ilə münasibətlərindən sevdiyi qadınlardan, dostlarından, tanışlarından, qohumlarından, bir sözlə saxtakarlıq adlı girdaba yuvarlanan cəmiyyətimizdən həm ironik üslubda, həm ürək ağrısı ilə, həm də oxunaqlı bir dillə bəhs edib.
- Filosofu şeyxə çeviriblər - POLEMİKA
- Məşhur müğənni vəfat etdi
- Anasının sevgilisi ilə 20 il birlikdə yaşadı, adı qara siyahıya düşdü – Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar
Qeyd edək ki, "Səs" romanı ilə seçkilər mövzusu Azərbaycanda ilk dəfə irihəcmli nəsr əsəri kimi işlənib.