Kino Agentliyində yeni işçi qrupu yaradılacaq

Kino Agentliyində yeni işçi qrupu yaradılacaq
calendar 28 mart 2024
clock 18:10

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “Kinematoqrafiya haqqında” Qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır.

Kulis.az xəbər verir ki, işçi qrupu kino xadimlərinin və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.

Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssislərin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır.

Qeyd edək ki, Kinematoqrafiya haqqında Qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

view 728 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news