“Kino və biznes: Körpülər” mövzusunda müzakirə keçiriləcək

“Kino və biznes: Körpülər” mövzusunda müzakirə keçiriləcək
calendar 12 dekabr 2022
clock 14:00

YARAT Mərkəzində “Kino və biznes: Körpülər” mövzusunda müzakirə keçiriləcək.

Kulis.az xəbər verir ki, müzakirədə iştirak edənlər “Yerli biznesin kino sənayesi haqqında məlumatı varmı?”, “Yerli kinonun mənfi imicinin yaranmasının səbəbi nədir?”, “Biznes və kino arasında körpü yaratmaq üçün nə etmək lazımdır?” kimi sualların cavabını tapmağa çalışacaqlar.

Müzakirənin moderatoru Sevda Sultanova, panel iştirakçıları Əli İsa Cabbarov, Orman Əliyev, Zaur Darabzadə, Ceyhun İmanov, Elvin Aşirov olacaq.

Tədbir 16 dekabr saat 19:00-da baş tutacaq. Giriş sərbəstdir. Qeydiyyatdan keçmək üçün linkə keçid edin.

view 1085 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news