“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihəyə start verilib

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar”  adlı layihəyə start verilib
calendar 6 mart 2024
clock 16:30

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar" adlı layihəyə başlanılıb.

Kulis.az xəbər verir ki, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması əsas məsələlərdən sayılır.

Layihə çərçivəsində cari il ərzində Nizami Kino Mərkəzində kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin mütəmadi olaraq nümayişi təşkil ediləcək.

view 864 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news