“Kloun Z” tamaşasının premyerası olacaq

“Kloun Z”  tamaşasının premyerası olacaq
calendar 28 oktyabr 2021
clock 15:30

Kulis.az xəbər verir ki, 29 oktyabr saat 19-da Azərbaycan Dövlət YUĞ Teatrında Rumıniyalı dramaturq Matey Vişnekin “Qoca koun tələb olunur” pyesi əsasında hazırlanmış “Kloun Z” tamaşasının premyerası olacaq.

Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.

Tamaşa YUĞ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində baş tutacaq.
YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.

Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təkif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.
Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.

Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.

view 1583 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news