"Kül" filminin aktyoru diri-diri yandırıldı

"Kül" filminin aktyoru diri-diri yandırıldı
calendar 27 mart 2023
clock 15:30

“Dörd tankçı və it” serialında və “Kül” filmindəki rolları ilə tanınan polşalı aktyor Pyotr Vısotski 86 yaşında öz evində yandırılaraq öldürülüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının səbəblərini araşdırır.

Faciə zamanı Vısotskinin tək olmadığı, yanğından başqa heç kəsin xəsarət almadığı dəqiqləşdirilir. Mətbuatda yayılan məlumata görə, aktyor həyatının son illərində hərəkət etməkdə çətinlik çəksə də, daimi köməkdən imtina edib.

Aktyorun şəxsiyyətini təsdiqləmək üçün DNT testi aparılacaq. Hadisə yerinə baxışda prokuror və yanğınsöndürmə sahəsi üzrə ekspert iştirak ediblər.

“Dörd tanker və bir it” filminin aktyoru Pyotr Vısotski evində diri-diri yandırılıb.

view 2117 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news