Ledi Qaqa "Joker-2"də oynayacaq

Ledi Qaqa, müğənni

Ledi Qaqa, müğənni

calendar 5 avqust 2022
clock 14:00

Məşhur amerikalı ifaçı Ledi Qaqa "Joker-2" filmində əsas rollardan birini oynayacaq.

Kulis.az xəbər verir ki, ekran əsərində ifaçı Ledi Qaqa Coker roluna görə “Oskar” mükafatı qazanan Xoakin Feniks ilə birlikdə rol alacaq.

Qeyd edək ki, Todd Phillipsin "Coker" filminin ilk əsas bölümü kino tarixində 1 milyard dollardan çox gəlir əldə edən ən reytinqli film kimi yadda qalıb. Həmin ekran əsəri “Ən yaxşı film” və “Ən yaxşı rejissor” daxil olmaqla 11 “Oskar” nominasiyasına namizəd olub.

"Coker-2" filminin premyerası 2024-cü il oktyabrın 4-də olacaq.

view 1488 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news