Lenin mavzoleyini yandırmağa cəhd etdilər

Lenin mavzoleyini yandırmağa cəhd etdilər
calendar 18 iyul 2023
clock 11:45

Ötən axşam 1 nəfər Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı Konstantin adlı şəxs saat 22:00 radələrində Mavzoleyə yaxınlaşaraq ona “Molotov kokteyli” atıb.

Yanğın törətmək istəyən şəxs saxlanılıb və barəsində “Daxili işlər orqanı əməkdaşının qanuni əmrinə tabe olmama” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda o, polis bölməsindədir, onun hərəkətinin motivləri araşdırılır.

Mavzoleyin özünə ziyan dəymədiyi bildirilib.

view 1217 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news