Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir

Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir
calendar 6 dekabr 2022
clock 13:40

Dekabrın 14-də Lənkəran Dövlət Dram Teatrı Bakıya gələcək.

Kulis.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək.

Tamaşa İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq.

view 1316 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news