“Squid game” serialının növbəti mövsümündə Hollivud ulduzu Leonardo Di Kaprionun da çəkilməsi planlaşdırılır.
Kulis.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın məşhur serialının rejissoru Hvan Don-hyuk danışıb.
Rejissorun sözlərinə görə, filmin heyətində dünyaşöhrətli koreyalı kino ulduzlar da var. O, əlavə edərək bildirib ki, layihənin növbəti mövsümündə Hollivud ulduzunun da görünməsi ön plandadır.
- “Qayınana”nın məşhur aktyoru: “Qohum qızı gətirmədim evimizə”
- Səmranın geyimi niyə aqressiya yaratdı? – SORĞU
- Qarmon səsi - Məmmədov Eşqin
Qeyd edək ki, “Squid game” filminin ikinci mövsümünün çəkilişləri 2023-cü ildə başlayacaq. Premyera isə 2024-cü ilə planlaşdırılıb.