“Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində

Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkası

calendar 25 oktyabr 2021
clock 18:00

Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan ədəbiyyatı” bölümündə sərgilənir.

Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

Kitabın yaxın günlərdə Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.

view 2090 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news