"Love Butik" tamaşasının premyerası baş tutdu

 "Love Butik"  tamaşasının premyerası baş tutdu
calendar 8 mart 2024
clock 12:16

Martın 7-də Qazax Dövlət Dram Teatrında Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır.

Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.

Tamaşa kənardan xoşbəxt görünən ər- arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edir.

view 1410 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news