Lüdoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək

Lüdoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək
calendar 7 dekabr 2023
clock 11:50

Dekabr 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Lüdoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, görkəmli italyan bəstəkar Lüdoviko Eynaudinin əsərləri pianoçu Nigar Əsədullayevanın ifasında səsləndiriləcək.

Qeyd edək ki, bəstəkarın "Elements" adlı albomu böyük uğur qazanıb. Eynaudi 20-dən çox albomun, eləcə də filmlərdən Darrena Aranovskinin "Qara qu quşu" və Ksavye Dolananin "Mən hələ də buradayam", "Ana" saundtreklərinin müəllifidir.

view 771 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news