Luvr muzeyinə giriş bahalaşır

Luvr muzeyinə giriş bahalaşır
calendar 9 dekabr 2023
clock 10:35

Yanvarın 15-dən etibarən Parisdəki Luvr muzeyinə giriş biletinin qiyməti 15 avrodan 22 avroya qaldırılacaq.

Kulis.az “Figaro”ya istinadla xəbər verir ki, bu, 2017-ci ildən sonra ilk qiymət artımıdır. Muzey 29%-lik qiymət artımını 6 illik inflyasiya ilə əsaslandırıb.

86 min kvadrat metr baxış sahəsi olan Luvr dünyanın ən çox ziyarət olun muzeyi hesab edilir. 2022-ci ildə 7,2 milyon ziyarətçi muzeyə 76,5 milyon avro pul ödəyib. Fransa vətəndaşlarının əksər kateqoriyaları üçün muzey pulsuzdur.

Gələn il muzeyə 8,7 milyon ziyarətçinin gələcəyi gözlənilir.

view 840 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news