Madonna xəstəxanaya yerləşdirildi

Madonna xəstəxanaya yerləşdirildi
calendar 29 iyun 2023
clock 10:00

Amerikalı müğənni Madonna həftə sonu ciddi bakterial infeksiyaya yoluxaraq xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin meneceri Qay Osiri instaqramda məlumat verib.

Onun sözlərinə görə, sənətçi bakterial infeksiyaya yoluxub və iyunun 24-də bir neçə gün reanimasiyada qalıb. Osiri qeyd edib ki, müğənninin vəziyyəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir.

Qəfil xəstəlik səbəbindən Madonnanın bütün fəaliyyəti, o cümlədən xaricə turne hazırlıqları dayandırılıb.

Qeyd edək ki, sənətçi iyul ayında yaradıcılıq karyerasının 40-cı ildönümünə təsadüf edən "Celebration" dünya turnesinə çıxmalı idi.

view 1084 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news