Maestro Niyazinin xatirəsi anılacaq

Maestro Niyazinin xatirəsi anılacaq
calendar 17 avqust 2023
clock 11:10

Avqustun 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək.

Proqramda bəstəkarın “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı və Konsert valsı səslənəcək.

view 948 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news