Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair qəzəlxan Mahcamal Babayevanın “Hələ də gec deyil” adlı yeni kitabının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin katibi, şair, dramaturq, yazıçı İlqar Fəhmi açıb.
“Azərbaycan” dərgisinin redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini deyib.
- Fuad Poladov haqqında kitabın təqdimatı keçiriləcək
- Selena Qomezdən gözlənilməz addım
- Mən min ildi oturub, səninçün darıxırdım...
Daha sonra aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.
Kitabın üz qabığının dizaynı dizayner, rəssam Rəsul Həsənə məxsusdur.