Manaf Ağayevin oğlu həbs olundu - Foto

Manaf Ağayevin oğlu həbs olundu - Foto
calendar 13 mart 2023
clock 20:20

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq inzibati həbs tədbiri seçilib.

view 2001 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news