Mark Eliyahu yenidən Bakıya gəlir

Mark Eliyahu

Mark Eliyahu

calendar 20 aprel 2022
clock 12:40

Məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.

Kulis xəbər verir ki, Markın maraqlı repertuardan ibarət konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq.

19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir.

Gecəyə biletlərin qiyməti isə 40-220 manat arası dəyişir.

Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb.

Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.

view 2053 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news