"Masters of the Universe" filminin çəkilişləri ləğv edildi

"Masters of the Universe" filminin çəkilişləri ləğv edildi
calendar 20 iyul 2023
clock 18:05

"Netflix" platforması tələb olunan məbləği ayırmadığı üçün "Masters of the Universe" filminin çəkilişləri dayandırılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcədən film üçün 200 milyon dollarlıq büdcə təsdiq edilib. Lakin "Netflix"in böyük maliyyə problemləri rəhbərliyi vəziyyəti yenidən düşünməyə vadar edib.

Rejissorlar Adam Nee və Aaron Nee nəzərdə tutulan büdcəni 180 milyon dollara endirməyi təklif ediblər, ancaq "Netflix" filmə yalnız 150 milyon dollar ayıra biləcəyini bildirib.

Çoxsaylı müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər. Nəticədə, "Netflix" əvvəlcədən ona ödənilən 30 milyon dolları da itirib.

Filmin başqa platformaya satılması barədə isə hələ heç bir məlumat yoxdur.

view 713 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news