Mədəniyyət naziri Astarada vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Astarada vətəndaşları qəbul etdi
calendar 29 avqust 2024
clock 14:43

Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər.

view 362 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news