Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun birinci günündə iki panel başa çatdı

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun birinci günündə iki panel başa çatdı
calendar 28 noyabr 2023
clock 16:00

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun birinci günündə iki panel başa çatıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, birinci panel sessiya "Mədəniyyət və yaradıcı sənaye ekosisteminin inkişafı: beynəlxalq perspektiv" mövzusuna həsr edilib.

Panel çərçivəsində yaradıcı sənaye ekosisteminin yaradılması və inteqrasiyası məsələsi bir sıra xarici mütəxəssislərlə birgə müzakirə edilib.

Sessiya çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun sözügedən sahədə inkişaf perspektivləri xüsusilə vurğulanıb.

Forumun ikinci panel sessiyası isə "Mədəniyyət və yaradıcı sənayelər: İxrac potensialı, beynəlxalq əməkdaşlıq" mövzusu ətrafında baş tutub.

Burada iştirakçılar yaradıcı sənaye anlayışının beynəlxalq əməkdaşlığa cəlb edilməsi, onun ixrac potensialının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Panel sessiyaları ümumi müzakirələrlə davam etdirilib.

view 896 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news