"Məmməd Araz dünyası” kitabı işıq üzü gördü

"Məmməd Araz dünyası”  kitabı işıq üzü gördü
calendar 13 sentyabr 2024
clock 17:05

Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli Ön söz AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur.

Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır. 220 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Qeyd edək ki, ilk dəfə 1994-cü ildə nəşr olunan tədqiqat Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanmış, yeni fəsillər əlavə edilmişdir.

view 599 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news