"Mən vətənəm" kitabı təqdim olundu

"Mən vətənəm" kitabı  təqdim olundu
calendar 25 aprel 2023
clock 11:20

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdimatı keçirilib.

Bu barədə Kulis.az-a layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.

Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşən Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

view 951 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news