"Məni deputat seçsələr..." - Polad Bülbüloğludan açıqlama

"Məni deputat seçsələr..." - Polad Bülbüloğludan açıqlama
calendar 25 iyul 2024
clock 10:21

"Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm".

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “novoye-vremya.com” saytına müsahibəsində deyib.

Polad Bülbüloğlu parlament seçkilərinin keçirilməsini hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisə adlandırıb.
“Təbii ki, ruhum Şuşadadır. Mən artıq üç dəfə “Xarıbülbül” festivalında iştirak etmişəm, əsasını qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Və təbii ki, Şuşanın bu gün doğma Azərbaycan torpağına qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq.

Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir.

Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir", - deyə səfir vurğulayıb.

view 1080 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news