Mənim Tanrım gözəllikdir, sevgidir… – Günün şeiri

Mənim Tanrım gözəllikdir, sevgidir… – Günün şeiri
calendar 24 oktyabr 2022
clock 10:04

Bu gün Azərbaycan ədəbiyyatında ilk mənzum dramların banisi, şair, dramaturq, repressiya qurbanı Hüseyn Cavidin anadan olmasından 140 il keçir. Kulis.az bu münasibətlə onun dillər əzbəri olan “Mənim Tanrım” şeirini təqdim edir.

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.

view 1679 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news