Mənsum İbrahimov: "Bu, gənclərimizin tərbiyəsinə zərbədir"

Mənsum İbrahimov:  "Bu, gənclərimizin tərbiyəsinə zərbədir"
calendar 14 iyun 2023
clock 15:46

Xalq artisti Mənsum İbrahimov efirlə bağlı şuranın yaradılması təklifini irəli sürüb.

Kulis.az xəbər verir ki, bu haqda xanəndə qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

O bildirib ki, buna səbəb efirdə bayağı mahnıların səslənməsidir:

“Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir”.

view 1061 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news