Mənsum İbrahimov qardaşının düşdüyü qəzadan danışdı

Mənsum İbrahimov qardaşının düşdüyü qəzadan danışdı
calendar 26 oktyabr 2023
clock 11:40

Xalq artisti Mənsum İbrahimov qardaşı Zülfüqar İbrahimovun Kürdəmirdə keçirdiyi ağır yol qəzasından danışıb.

Kulis.az xəbər verir ki, Mənsum İbrahimov qəza nəticəsində qardaşının qayınanasının vəfat etdiyini açıqlayıb:

"Qardaşım ailə üzvləri ilə oğlu şəhid İsrafil İbrahimovun ildönümünə gedirdi. Kürdəmirdə qardaşımın idarə etdiyi "Kia Sorento" markalı avtomobilin qarşısına başqa avtomobil çıxıb. Maşını kənara çəkmək istəyəndə idarəetməni itirib və qəza baş verib. Maşın aşıb və qardaşımın qayınanası rəhmətə gedib. Qardaşım və ailə üzvləri də müxtəlif bədən xəsarətləri alıblar. Onlar evdə həkim nəzarətindədirlər".

Qeyd edək ki, hadisə dünən saat 08:50 radələrində Kürdəmirdə baş verib.

Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır.

teleqraf.com

view 1579 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news