Məqsəd Nurun yeni kitabı nəşr edildi

Məqsəd Nurun yeni kitabı nəşr edildi
calendar 7 mart 2023
clock 16:45

Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər", "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və "Sınaqlar" adlı silsilə hekayələri daxil edilib.
Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.


Xatırladaq ki, "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır. Müəllifin "Şəhər Meri" romanı Milli Kitab müsabiqəsinin (2011) qalibi olub. Roman bir neçə ölkədə nəşr edilib.

view 1377 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news