Məşhur aktrisa vəfat etdi

Pat Kerrol, amerikalı aktrisa

Pat Kerrol, amerikalı aktrisa

calendar 1 avqust 2022
clock 18:30

Aktrisa Pat Kerroll vəfat edib.

Kulis.az “cnn.com”a istinadən xəbər verir ki, məşhur amerikalı aktrisa növbəti pnevmoniya tutmasından sonra dünyasını dəyişib. Onun 95 yaşı vardı.

Pat Kerrol bir neçə animasiya filmində səsləndirmədə iştirak edib. Ona məşhurluq qazandıran isə, "Kiçik su pərisi" animasiyasındakı səsləndirdiyi "Ursula" obrazı olub. Bu səsləndirməyə görə aktrisa "Emmi" mükafatı alıb. O, 1957-ci ildə məşhur "Sezar saatı" serialında ikinci planda ən yaxşı aktrisa kimi də "Emmi"yə layiq görülüb. Bundan başqa, aktrisa “Rapunzel”, “Qufi”, “Skubi Du” və digər cizgi filmlərinin personajları səsləndirib.

view 1561 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news