Məşhur aktrisa xərçəngə məğlub oldu

Məşhur aktrisa xərçəngə məğlub oldu
calendar 30 yanvar 2023
clock 10:00

“Fövqəltəbii” filmi ilə tanınan amerikalı aktrisa Enni Wersching 45 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Kulis.az xəbər verir ki, 2020-ci ildə həkimlər aktrisaya xərçəng diaqnozu qoyulub. Dünyasını dəyişən aktrisadan geriyə üç uşaq qalıb.

“Bu gün ailəmizdə böyük bir boşluq yarandı" - ,deyə aktrisanın əri və həmkarı Stiven Full qeyd edib.

Wersching daha çox "24" televiziya seriyasının yeddinci və səkkizinci mövsümlərində FTB -nin Xüsusi Agenti rolu ilə tanınıb. O, həmçinin "General Hospital" şousunda rol alıb və "Fraser", "Charmed", "Castle", "Rookie" və "The Runaways" kimi bir çox serialların epizodlarında çəkilib.


view 4647 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news