Məşhur aktyor boğularaq öldü

Məşhur aktyor boğularaq öldü
calendar 22 mart 2023
clock 10:40

Avstraliyalı teatr və kino aktyoru Piter Hardi 76 yaşında boğularaq ölüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Fremantl şəhərində çimərlikdə şnorkellə üzgüçülük turuna çıxan aktyor boğularaq vəfat edib.

Həkimlər gələnə qədər huşunu itirmiş Hardi sudan çıxarılıb. Onu reanimasiya yerləşdirsələr də, nəticəsi olmayıb.

Piter Hardi 11 yanvar 1957-ci ildə Avstraliyanın Pert şəhərində anadan olub . O, tamaşaçıların yaddaşında "Makleodun qızları" və "Qonşular" kimi seriallarla yadda qalıb. O, həmçinin "Stringers", "Inside Look" və digər filmlərdə kriminal dramlarda oynayıb.

view 1707 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news